BAKIDA ƏMƏLİYYAT: “Volkswagen”də narkotik daşıyanlar saxlanıldı
Bizi izləyin

Hadisə

BAKIDA ƏMƏLİYYAT: “Volkswagen”də narkotik daşıyanlar saxlanıldı

Oktyabrın 20-də gecə saat 2 radələrində Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar sahəsi ərazisində “Volkswagen” markalı avtomobil şübhə doğurduğundan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı və Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobili idarə edən şəxsin Buzovna qəsəbə sakini Həsən Məmmədov olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yük yerindən çəkisi 23 kiloqram olan kənaf bitkisinin yaş halda yarpaqları və gövdələri, həmçinin 850 qram marixuana aşkar edilərək götürülüb.

Sürücü və sərnişinləri, Qazax rayon sakinləri Vüsal Qurbanov, Elməddin Nağıyev və Yevlax rayon sakini Səxavət Elyasov saxlanılaraq 1-ci Polis Bölməsinə təhvil veriliblər. Davam etdirilən tədbirlərlə narkotikin əldə olunduğu mənbə də qısa zamanda polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Məlum olub ki, onlar narkotik vasitəni Qax rayon sakini Teymur Nəcəfov, Maştağa qəsəbə sakinləri Sərxan Qarayev və Natiq Süleymanovdan alıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hər üç şəxs saxlanılıb. Xaşaxuna bağlar sahəsində S.Qarayevə məxsus istixanada keçirilən tədbirlərlə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 350 kiloqramdan artıq 2.000 ədəd kənaf bitkisi də aşkar edilərək götürülüb.

Bundan əlavə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rusif Tərlanovdan isə çəkisi 1 kiloqramdan artıq narkotik vasitə olan heroin götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm