Bakıda faciəvi şəkildə ölən 34 yaşlı sənətkarın FOTOLARI - - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda faciəvi şəkildə ölən 34 yaşlı sənətkarın FOTOLARI - - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi Qobuda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, oktyabrın 22-də saat 18 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakini Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili toqquşub. Nəticədə D.Alxasov hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada vəfat edən D.Alxasov gips-keramika ustası olub.

*****

10:09

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Qobu-Güzdək yolunda “Vaz 2107” markalı minik avtomobili “Tatra” markalı ağır tonnajlı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 34 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbi araşdırılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm