Paytaxtda quldurluq edən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Paytaxtda quldurluq edən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.

Quldurluq hadisəsi ilə bağlı 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Gördüyünüz şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm