Zərdabda qəzada ölən və yaralananların ADLARI AÇIQLANDI
Bizi izləyin

Hadisə

Zərdabda qəzada ölən və yaralananların ADLARI AÇIQLANDI

Zərdabda baş vermiş ağır qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Publıika.az xəbər verir ki, Zərdab-Mollakənd yolunun 7-ci kilometrliyində idarə etdiyi “VAZ 2104” markalı avtomobili üzbəüz gələn traktora çırpan şəxsin əslən Kəlbəcərdən olan Əhmədov Əjdər Şəmşir oğlu olması müəyyənləşib. Belə ki, hadisə vaxtı Ə.Əhmədovun qabırğaları qırılıb və ciyəri zədələnib. Nəticədə o, hadisə yerində ölüb.

Hadisə vaxtı “MTZ” markalı traktoru idarə edən Rövşən Həsənov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

21:46

Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Zərdab-Mollakənd-Kürdəmir yolu Kürdəmir istiqamətində hərəkətdə olan traktor minik maşını ilə toqquşub.

Nəticədə minik maşınının sürücüsü hadisə yerində ölub. Hazırda ölən sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm