Astara sakini bıçaqlandı
Bizi izləyin

Hadisə

Astara sakini bıçaqlandı

Astara rayonunun Maşğan kəndində bıçaqlanma hadisəsi baş verib.

Publik.az xəbər verir ki, yerli sakin Təvəkkül Hüseynov Mahir adlı tanışı ilə mübahisə zəminində bıçaqlanıb.

Çoxlu qan itirən T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm