Sürücü maşını aşırdı - Anası və həyat yoldaşı...
Bizi izləyin

Hadisə

Sürücü maşını aşırdı - Anası və həyat yoldaşı...

Şirvan şəhərində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, “Mitsubishi” markalı avtomobil Kür çayının üzərində yerləşən körpüyə qalxarkən idarəetməni itirərək aşıb.

Nəticədə sərnişinlər - Bakı şəhər sakinləri, sürücünün anası, 1948-ci il təvəllüdlü Ayaz Mirzə qızı Hümbətova və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Kifayət Rafiq qızı Nəbiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm