Mingəçevirdə intihara cəhd
Bizi izləyin

Hadisə

Mingəçevirdə intihara cəhd

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında Sənaye parkının yaxınlığından keçən küçədə olub.

2001-ci il təvəllüdlü Xaçmaz rayon sakini Samir Yaqub oğlu Quliyev qolunu iti alətlə kəsərək özünə ciddi xəsarət yetirib. O, qolunun damar nahiyəsini ağır yaralayıb. Yaralı şəhər mərkəzindən xəstəxanaya aparılıb və dərhal əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi - münaqişə yaxud intihara cəhd məqsədli olduğu hələ ki, tam məlum deyil. Yaralı gənc ilkin ifadəsində bunun təsadüfi hadisə olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm