Ağstafada bədbəxt hadisə: Dəmiryolu işçiləri xəstəxanalıq oldu
Bizi izləyin

Hadisə

Ağstafada bədbəxt hadisə: Dəmiryolu işçiləri xəstəxanalıq oldu

Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

Hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm