Ovladığı heyvan ölümünə səbəb oldu - Azərbaycanda DƏHŞƏT
Bizi izləyin

Hadisə

Ovladığı heyvan ölümünə səbəb oldu - Azərbaycanda DƏHŞƏT

Qəbələ rayonunda yüksək dağlıq ərazidə ölən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlu Bum qəsəbəsinin sakini olub və peşəkar ovçu imiş.

Bildirilir ki, S.Mehrəliyev Həmzəli kəndinin yuxarı hissəsindəki yüksək dağlıq əraziyə dağ keçisi ovlamaq üçün gedib. O, vurduğu dağ keçisini götürmək üçün həyatını riskə ataraq sərt qayaya dırmaşıb və ehtiyatsızlıqdan uçurumdan Həmzəli çayına yıxılıb.

Qeyd edək ki, S.Mehralıyevin meyitini çətin keçilən ərazidən çıxarmaq üçün FHN əməkdaşları cəlb edilib.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm