Mübariz İbrahimovun anasının ölüm xəbəri yalan çıxdı
Bizi izləyin

Hadisə

Mübariz İbrahimovun anasının ölüm xəbəri yalan çıxdı

Bu gün sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anasının vəfat etməsi ilə bağlı xəbər yayılıb.

Publika.az xəbər verir ki, məlumatda M.İbrahimovun anası Şamama xanımın Biləsuvarda rəhmətə getdiyi bildirilib.

Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunun Əliabad qəsəbəsinin bələdiyyə sədri Mirabbas İbrahimov Publika.az-a bildirib ki, yayılan xəbərlər yalandır: “Şamama xanıma şükürlər olsun ki, heç nə olmayıb, səhhəti də normaldır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm