Bakıda “Volkswagen”lə qadını vurub qaçan sürücü ələ keçdi
Bizi izləyin

Hadisə

Bakıda “Volkswagen”lə qadını vurub qaçan sürücü ələ keçdi

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş sürücü tutulub.

Publika.az xəbər verir ki, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm