Hadisə
Vəzifəli şəxsin oğlu maşınla yeniyetmə QIZI VURDU - Azərbaycanda
Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.
S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO