Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu: yaralanan var
Bizi izləyin

Hadisə

Tovuzda "Mercedes" "Muravey"lə toqquşdu: yaralanan var

Tovuzda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Musayev Rəsul Məhərrəm oğlu "Muravey" markalı motosikletlə küçədə hərəkətdə olarkən işıqforun tələblərini pozub. Nəticədə motosiklet qarşı tərəfdən gələn "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində R.Musayev ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Musayev dərhal əməliyyat olunub, hazırda reanimasiyadadır. Faktla bağlı araşdırma aparılır. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm