Kəmaləddin Heydərov yanğın olan stansiyada - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Kəmaləddin Heydərov yanğın olan stansiyada - FOTO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın FHN-ə istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəliblər.​

***

Bu gün saat 16 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Şimal İstilik Elektrik Stansiyasında yanğın olub.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı elan edilib və Xəzər rayonu ilə bərabər ətraf rayonlardan bir neçə yanğınsöndürmə briqadası əraziyə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Xəzər rayon Yanğından Mühafizə Hissəsindən Publika.az-a bildirilib ki, artıq yanğın söndürülüb. Hadisəyə səbəb transformatorlardan birində qəzanın baş verməsi olub.

Ətraflı məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm