Gəncədə qaynar su qazanı qadının üzərinə aşdı
Bizi izləyin

Hadisə

Gəncədə qaynar su qazanı qadının üzərinə aşdı

Gəncə şəhərində 1 nəfərin yanıq xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə olub.

"Report"un məlumatına görə, 31 yaşlı qadın yaşadığı evdə ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu qazanı üzərinə aşırdıb.

Müxtəlif yanıq xəsarətləri alan zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm