Hacıqabulda yük maşını aşdı - Sürücü xəsarət aldı
Bizi izləyin

Hadisə

Hacıqabulda yük maşını aşdı - Sürücü xəsarət aldı

Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 160-cı km-də, rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Eldar Arif oğlunun sükanı arxasında olduğu "99-CP-633" dövlət nömrə nişanlı"KamAZ" markalı yarımqoşqulu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm