Bakıda xəstəxanada daha bir uşaq ölümü - Cinayət işi açıldı
Bizi izləyin

Hadisə

Bakıda xəstəxanada daha bir uşaq ölümü - Cinayət işi açıldı

Bakıda yeni doğulan körpə ölüb.

Hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm