Hadisə
Dubaydan Bakıya gələn qadından qızıl külçələr müsadirə olundu
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Eyni zamanda, vətəndaşın özü portativ metalaxtaran detektor vasitəsilə yoxlanılarkən cihaz reaksiya verib. Bu səbəbdən vətəndaşın həm əl yükünə, həm də üzərinə təkrar baxış keçirilib.
Təkrar yoxlama zamanı, əl çantasında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, sifahi, elektron və ya yazılı formada bəyan edilməmiş 8 ədəd qızıl külçə və 5 ədəd qızıl üzük aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama başlamazdan əvvəl isə ona gömrüyə bəyan olunası əşyaları təqdim etmək təklif olunub. Bu zaman xanım vətəndaş qolundakı 6 ədəd, sinəsindəki 3 ədəd, şalvarının ciblərindəki 5 ədəd qızıl qolbaqları çıxararaq gömrük əməkdaşına təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən 8 ədəd külçənin ümumi çəkisi 80,05 qram, zərgərlik məmulatının ümumi çəkisi isə 120,95 qramdır.
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı