"Sədərək" Ticarət Mərkəzində YANĞIN - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

"Sədərək" Ticarət Mərkəzində YANĞIN - VİDEO - (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm