Xırdalanda çoxmərtəbəli binada YANĞIN
Bizi izləyin

Hadisə

Xırdalanda çoxmərtəbəli binada YANĞIN

Qax rayonunda ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, İlisu kəndində ümumi sahəsi 40 m2 olan ikimərtəbəli 4 otaqlı mansarda tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m2 sahədə və 2-ci mərtəbəsində 1 otağın döşəməsi 4 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Abşeron rayonunun Xırdalan şəhərində də baş verib. Çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında kağız tullantıları 4 m² sahədə və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm