Dünya çempionu qətl törətdi
Bizi izləyin

Hadisə

Dünya çempionu qətl törətdi

Əlbəyaxa döyüş üzrə dünya çempionu Mahaçqalada bazar günü gecəsi Rusiya Milli Qvardiyasının əməkdaşının qətlində şübhəli hesab olunur.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinə məlumatlı mənbə bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, şübhəli şəxs hazırda reanimasiyadadır. Ora girişə icazə verilmədiyinə görə istintaq hərəkətlərinin keçirilməsi üçün imkan yoxdur. Mənbə həmçinin bildirib ki, polis hadisə yerindən qaçaraq gizlənən daha iki şübhəlinin şəxsiyyətini əvvəlcədən müəyyən edib.

Xatırladaq ki, ötən gücə Mahaçqalada Milli Qvardiyanın əməkdaşı davanın qarşısını almağa çalışarkən atışmada həlak olub. Hadisə “Best” kafesininin girişində baş verib.

Müstəntiqlər Rusiyanın Cinayət Məcəlləsinin “Qətl” və “Silahın qanunsuz dövriyyəsi” maddələri üzrə cinayət işi qaldırıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm