Bakıda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR
Bizi izləyin

Hadisə

Bakıda marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, dünən gecə saatlarında Nəsimi rayonu Cavadxan küçəsində (Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı) 4 minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, 170 saylı xətt üzrə sərnişin daşıyan “Daevoo” markalı avtobus “Hyundai”, “Mercedes”, "Opel" marlı minik avtomobillərinə çırpılıb. Nəticədə avtobusun sürücüsü Əbdürəhman Ərəbov ağır xəsarətlər alıb və xəstəxanada vəfat edib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm