Azərbaycanda DƏHŞƏTLİ QƏZA: mikroavtobusla maşın toqquşdu
Bizi izləyin

Hadisə

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: mikroavtobusla maşın toqquşdu

Bərdə rayonunda yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm