Hacıqabulda qəza: minik avtomobili "KamAZ"a çırpıldı
Bizi izləyin

Hadisə

Hacıqabulda qəza: minik avtomobili "KamAZ"a çırpıldı

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Dodge”markalı avtomobil qarşıda gedən “KamAZ” markalı maşına çırpılıb.

Nəticədə minik avtomobilində olan Masallı rayon Türkoba kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Yalçın Rövşən oğlu və maşında olan sərnişin müxtəlif bədən xəsarətləri ilə müvafiq olaraq Şirvan və Kürdəmirdəki xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm