Salyanda inək qəzaya səbəb oldu - 1 nəfər...
Bizi izləyin

Hadisə

Salyanda inək qəzaya səbəb oldu - 1 nəfər...

Dünən axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Dayıkənd kəndi ərazisində "Mitsubishi" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.

Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm