Hadisə
Avtomobil oğruları ƏLƏ KEÇDİ
Bakıda və Abşeronda avtomobillərdən oğurluq edən şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub.
Polis əməkdaşları tərəfindən E.İsayevin digər analoji əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “VAZ-2107” markalı avtomobildən səsgücləndirici və 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən pul, parfümeriya və gümüş əşyaları oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO