Bakıda “Audi” ağır qəzaya düşdü: ÖLƏN VƏ YARALANAN VAR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda “Audi” ağır qəzaya düşdü: ÖLƏN VƏ YARALANAN VAR - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölmüş, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

****

11:06

Bakıda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Nizami rayonu Babək prospektində “Audi” və “Daevoo” markalı iki avtomobil toqquşub. Nəticədə ağır xəsarət alan şəxslərdən biri hadisə yerində ölüb. Daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm