Paytaxtda mənzildən kişi meyiti tapıldı
Bizi izləyin

Hadisə

Paytaxtda mənzildən kişi meyiti tapıldı

Sabunçuda mənzillərdən birində 80 yaşlı kişi meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Qreçkin Vladimir İqoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm