"Azərişıq"ın əməkdaşları dəhşətli qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO
Bizi izləyin

Hadisə

"Azərişıq"ın əməkdaşları dəhşətli qəzaya düşdü - ÖLƏN VƏ YARALANANLAR VAR - FOTO

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Gəndob-Yalama yolunun 47-ci kilometrliyində 1992-ci il təvəllüdlü Şollar kənd sakini Sultanov Firuz Pirəmməd oğlunun sürdüyü Rusiya qeydiyyat nişanlı “VAZ 21012” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, eləcə də avtomobildə olan Köhnə Xudat kənd sakini Ehtimal Bəxtiyar oğlu Əzizov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar. Lakin 31 yaşlı Ehtimal Əzizovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzaya düşənlər “Azərişıq”ın yerli idarəsinin işçiləri olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm