Polis köməksiz balıqçıları ölümdən xilas etdi - FOTO
Bizi izləyin

Hadisə

Polis köməksiz balıqçıları ölümdən xilas etdi - FOTO

Bakının Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları xilas ediblər.

İdarədən Publika.az-a verilən məlumata görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadovun yeri su polisi tərəfindən operativ şəkildə müəyyən edilib və həyatları xilas olunub.

Su polisi mütəmadi olaraq bu cür halların qarşısını almaq üçün profilaktik və lazımi işləri gücləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm