Qax rayonunda piyadanı maşın vurdu
Bizi izləyin

Hadisə

Qax rayonunda piyadanı maşın vurdu

Dünən axşam saatlarında Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1963-cü il təvəllüdlü Ləkit kənd sakini Aslanov Xalid Hacıbaba oğlu Qax şəhərinin girişində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan X.Aslanov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm