"20 Yanvar" metrosunun qarşısında ŞOK OLAY - Maşına qoyub xəstəxanaya apardı, yolda öldü
Bizi izləyin

Hadisə

"20 Yanvar" metrosunun qarşısında ŞOK OLAY - Maşına qoyub xəstəxanaya apardı, yolda öldü

Dekabrın 1-nə keçən gecə Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Gədəbəy rayon sakini, 1974-cü il təvəllüdlü Azər Allahverdiyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillə vurub öldürdüyü Şahlar Mirzəyev hadisə vaxtı sərxoş vəziyyətdə olub.

Nəsimi rayon Polis İdarəsində aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Şahlar Mirzəyev, dostu, 1990-cı ildə anadan olmuş Alı Səmədovla metronun “20 Yanvar” stansiyası yaxınlığındakı kafedə yeyib içiblər. Gecə saat 01 radələrində onlar sərxoş vəziyyətdə kafedən çıxıblar və yolun kənarı ilə Alı Mustafayev küçəsi ilə hərəkət ediblər. Bir qədər sonra onlar qəfil şəkildə yolu keçməyə çalışıb. Bu zaman Şahlar Mirzəyev “Mitsubishi” markalı, 99 CB 035 dövlət qeydiyyat nişanlı avtomobilin altında qalıb. Sürücü ağır xəsarət almış yaralını maşına qoyaraq xəstəxanaya aparsa da, o, yolda keçinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm