Bakıda gənc qız növbəti dəfə evdən qaçdı
Bizi izləyin

Hadisə

Bakıda gənc qız növbəti dəfə evdən qaçdı

Bakıda gənc qızın itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Publika.az xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi 136 saylı binada yaşayan 1974-cü il təvəllüdlü Gülşən Şirinova 34-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 22 yaşlı qızı Aytən evdən qaçıb.

Qadın qeyd edib ki, qızı əsəb xəstəsidir və əvvəllər də dəfələrlə evi tərk edib.

Hazırda gənc qızın tapılması istiqamətində iş aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm