Bakıda 4 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR - MƏCLİSDƏN SONRA...
Bizi izləyin

Hadisə

Bakıda 4 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR - MƏCLİSDƏN SONRA...

Bakıda 4 nəfərin öldüyü dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Qala-Pirallahı yolunda – “Zirə Bio market”in qarşısında “Chevrolet Aveo” markalı 90 RR 974 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq əks zolaqda hərəkət edən yük maşınına çırpılması nəticəsində ölən şəxslər qonaqlıqdan gəlirmiş. Belə ki, minik avtomobilini idarə edən 1986-cı il təvəllüdlü Zülfüqarov Namiq Şinağa oğlu ilə birgə qohumları Cəlilov Tərlan Zakir oğlu, Qarayev Şahin Canəhməd oğlu və Qarayev Anar Qərib oğlu məclisdə yeyib-içdikdən sonra Dübəndidən yaşadıqları Zirə qəsəbəsi, Südçülük-tərəvəzçilik sovxozu yaşayış massivinə tələsiblər. Yolun sürüşkən olması nəticəsində idarəetmədən çıxan avtomobil səkiyə çırpılaraq əks zolağa keçib və Xaçmaz rayon sakini, Ümid Alxasovun sürdüyü “Kamaz” markalı, 27 BM 301 nömrəli yük maşının altına girib. Adları yuxarıda qeyd edilən şəxslər hadisə yerində ölüb. Digər sərnişin Qəribov Emin Qəribşah oğlu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, ölən şəxslərin hamısı bir-biri ilə qohum olub. Onlar əslən Şamaxı rayonundandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm