Bakıda həbs edilən yüksək rütbəli məmuru aparmaq üçün müstəntiq qrupu gələcək
Bizi izləyin

Hadisə

Bakıda həbs edilən yüksək rütbəli məmuru aparmaq üçün müstəntiq qrupu gələcək

Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.

Qırğız Respublikası KİV-i xəbər verir ki, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib. Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.

Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm