Ağcabədi sakininin 17 baş xırda buynuzlu heyvanı oğurlandı - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Ağcabədi sakininin 17 baş xırda buynuzlu heyvanı oğurlandı - FOTO/VİDEO

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Avşar kəndində Elnur Bağırovun şəxsi təsərrüfatından oğurluq edilib.

Naməlum şəxs və ya şəxslər gecə saatlarında tövləyə girərək, 17 baş xırda buynuzlu heyvanı aparıblar. Bununla da ona 3 min manata qədər maddi ziyan dəyib.

E.Bağırov hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları oğurluq etmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Təsərrüfat sahibinin sözlərinə görə, bu, son bir ayda kənddə baş verən növbəti oğurluq hadisələrindən biridir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm