Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alındı
Bizi izləyin

Hadisə

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alındı

Narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Publika.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm