Gecə saatlarında qorxulu hadisə - Rabitə qülləsinə çıxıb özünü atmaq istədi
Bizi izləyin

Hadisə

Gecə saatlarında qorxulu hadisə - Rabitə qülləsinə çıxıb özünü atmaq istədi

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Kür qəsəbəsində 1 nəfərin mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəməsi barədə müraciət daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm