Qubada daha bir gənc oğlan yoxa çıxdı - FOTO
Bizi izləyin

Hadisə

Qubada daha bir gənc oğlan yoxa çıxdı - FOTO

Qubada daha bir gənc oğlan itkin düşüb.

Publika.az DİN Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabr ayının 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Elmar Məmmədovun əlamətləri belədir: Boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nahiyəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, bir neçə gündür ki, Qubada 17 yaşlı tələbə oğlan da itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm