Maşınını doğrayıb satdı, polisə yalan məlumat Verdi – AZƏRBAYCANDA
Bizi izləyin

Hadisə

Maşınını doğrayıb satdı, polisə yalan məlumat Verdi – AZƏRBAYCANDA

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm