"Gənclik" metrosunda DAVA DÜŞDÜ - Saxlanılanlar var
Bizi izləyin

Hadisə

"Gənclik" metrosunda DAVA DÜŞDÜ - Saxlanılanlar var

Bakı Metropoliteninin stansiyasında dava olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:

"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib. Həmin sərnişinlər polis tərəfindən saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm