Oğuzda üç uşaq anası özünə qəsd etdi
Bizi izləyin

Hadisə

Oğuzda üç uşaq anası özünə qəsd etdi

Oğuz rayonunda 24 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

"Report"un məlumatına görə, bu gün axşam saatlarında Oğuz Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə əlamətləri ilə rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Rafiq qızı Məhərrəmova daxil olub.

Müayinə zamanı onun yaşadığı ünvanda hələlik bilinməyən səbəblərdən sirkə turşusu içdiyi məlum olub. N.Məhərrəmovaya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Məhərrəmovanın 3 azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm