Avtobus metro əməkdaşını vurdu
Bizi izləyin

Hadisə

Avtobus metro əməkdaşını vurdu

Dekabrın 13-də saat 17:40-da “Koroğlu” metrostansiyasının qarşısında avtobus piyadanı vurub.

Publika.az xəbər verir ki, Bəhruz Şükürovun idarə etdiyi 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus 58 yaşlı Fürü Cəlal qızı Əliyevanı vurub.

Məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Meyitin məhkəmə-tibbi ekspertizanın müayinəsindən keçməsi təmin edilib.

Yaralı 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, F.Əliyeva “Koroğlu” metrostansiyasında xadimə işləyib.

Fakt üzrə Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm