Salyanda yol qəzası: ölən var
Bizi izləyin

Hadisə

Salyanda yol qəzası: ölən var

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm