30 yaşlı ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO
Bizi izləyin

Hadisə

30 yaşlı ruhi xəstə İTKİN DÜŞDÜ - FOTO

Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib.

Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm