Gəncədə BƏDBƏXT HADİSƏ: binanın damında iş görürdü və...
Bizi izləyin

Hadisə

Gəncədə BƏDBƏXT HADİSƏ: binanın damında iş görürdü və...

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm