Gəncədə 28 yaşlı gənc bıçaqlandı
Bizi izləyin

Hadisə

Gəncədə 28 yaşlı gənc bıçaqlandı

Gəncə şəhərində bıçaqlanan gənc xəstəxanada ölüb.

Xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi barədə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır. (report)

***

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şəhərin "Gəj zavodu" adlanan ərazisinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm