İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çiyə AĞIR CƏZA
Bizi izləyin

Hadisə

İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çiyə AĞIR CƏZA

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, “Abu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eldəniz Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Abu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.

Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır...

Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstaqram səhifəsinin sahibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm