Astarada TORPAQ SÜRÜŞDÜ - FOTOLAR
Bizi izləyin

Hadisə

Astarada TORPAQ SÜRÜŞDÜ - FOTOLAR

Astaranın Şiyəkəran kəndi ərazisindən keçən Pensər çayında suyun səviyyəsinin kəskin qalxması səbəbindən torpaq qatı sahilə doğru yuyulub və nəticədə sürüşmə yenidən aktivləşib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, həyətyanı torpaq sahələri çayda suyun daşması nəticəsində yuyulub. Sel suları kəndin elektrik təsərrüfatına, sahildə əkilən sitrus bağlarına ziyan vurub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub.

Qeyd edək ki, gələn ilin əvvəlindən başlayaraq Pensər çayında sahil-bərkitmə işlərinin aparılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm