Maştağada qəza: piyada öldü
Bizi izləyin

Hadisə

Maştağada qəza: piyada öldü

Bakıda piyada yol qəzasının qurbanı olub.

DİN-dən Publika.az-a verilən məlumata görə, dekabrın 28-də saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Orxan Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Ceyhun Abbasovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm